6 İyun 13:42
2 574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şərqi Roma İmperiyasının paytaxtı Konstantinopol 29 may 1453-cü ildə Osmanlı sultanı II Mehmet tərəfindən fəth edildi. Bu fəth Osmanlı dövlətini imperiyaya çevirdi. Eyni zamanda, Bizans imperiyası tarix səhnəsindən silindi.

Teleqraf.com xəbər verir ki, bunu tarixçi alim Zaur Əliyev deyib.

Tarixçi İstanbulun fəthi ilə bağlı maraqlı məqamlara diqqət çəkib:

“Tarixdə şəxsiyyətini sevdiyim VII Osmanlı Sultanı II Mehmet şəhəri daha tez ala bilərdi. Çünki 6 aprel 1453-cü ildə ordularına verdiyi “quru mühasirəsi” əmri daha sonra “dəniz mühasirəsi” ilə də birləşdirildi. Böyük strateq olan Sultan Dolmabahçe tərəfindən gəmilərin təxminən 9 km-lik yol ilə Osmanlı donanmasının 30-u qalyon tipli, əksəriyyəti kiçik olmaqla 72 gəmisinin 21-i gecə qurudan aparılaraq aprelin 22-də səhər saatlarında dənizə buraxılıb. Qızıl Buynuzda ağır silahlarla dolu olan gəmilər şəhərə atəş açmayıblar və oradan şəhərə hücum olmayıb. Çoxları bunun hərbi strategiya olmasını iddia etsə də, bunun səbəbi başqa idi.

II Mehmet dönəmində də şeyxülislam olan Molla Fəxrəddin Əcəmi fətva verir ki, döyüş zamanı Konstantinopolun dinc əhalisi qalanın dənizə tərəf çıxışında sahildə məskunlaşdıqları və onlara zərər gəlməməsi üçün burdan hücum olmasın. Döyüşü əsgərlə aparmaq lazımdır, dinc sakinlər ilə yox fətvası olduğu üçün II Mehmet ona qulaq asır və şəhərə dəniz yolundan hücum etmir.

Qeyd edim ki, Molla Fəxrəddin Əcəminin həyatının ilk illəri haqqında dəqiq məlumat olmasa da, doğum yeri olaraq Cənubi Azərbaycan qeyd edilir. Ona görə soyadı Əcəmi olaraq qeyd edilir. Hürufilərin qatı düşməni olub.

Türklərə "barbar" deyən Avropa və Qərb tədqiqatçıları bu faktı bilirlər. Ona görə Fəth-1453-cü il tarixi müzakirələrində susurlar. Çünki türkün mərhəmətinə qarşılıq olaraq bizanslılar əsir osmanlı əsgərlərini qala divarlarından asıb öz barbarlıqların göstərirdilər".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər