Bu gün "Tetris"in 40 yaşı tamam oldu.
Teleqraf.com xəbər verir ki, "Tetris" oyunlarının ilk versiyasını 1984-cü ildə Moskvada SSRİ Elmlər Akademiyasının Hesablama Mərkəzinin əməkdaşı Aleksey Pajitnov yaradıb.
"Tetris"in prototipi qutuya yerləşdirilməli olan müxtəlif fiqurlu uşaq oyunu Pentomino olub. Pajitnov bu oyunun avtomatlaşdırılmış versiyasını yaratmaq qərarına gəlib.
"Tetris"in ilk kompüter versiyası Elektronika-60 kompüterində yazılıb. Pajitnov oyunu həmkarları və dostları ilə bölüşdü, nəticədə oyun Moskvada tez bir zamanda populyarlıq qazandı. Tezliklə bütün SSRİ-də uşaqlar və böyüklər sevimli oyununa çevrildi. "Tetris" üçün elektron cihaz 1985-ci ilin iyulunda yaradılıb.
Sovet proqramçısının oyunu təkcə həmyerliləri tərəfindən deyil, həm də əcnəbilər tərəfindən sevilirdi. Həmin dövrdə Microsoft və Nintendo da daxil olmaqla bir neçə böyük şirkət "Tetris"i almaq uğrunda yarışırdı. "Tetris" 1988-ci ildə ABŞ və Böyük Britaniyada ən çox satılan oyun idi.
"Tetris" satışa çıxarılandan bəri 520 milyondan çox nüsxəsi satılıb.
Tetrisin ilk rəngli versiyasını isə16 yaşlı məktəbli Vadim Gerasimov yaradıb. Oyuna hesab sayğacı əlavə edən və ingilis dilinə tərcümə edilməsinə kömək edən də o olub.