Məşhur şərqşunas Rudolf Virxov və digər antropoloqlar Qafqazın qədim qəbiristanlıqlarından tapılan kəllələrin ölçülməsinə əsasən müəyyənləşdiriblər ki, bu diyarın aborigen əhalisi, yəni ən qədim yerli sakinləri arasında nə gürcü, nə də özünü erməni adlandıran haylar olmayıb. Gürcü alimi Mixeil Cavaxişvili “Gürcü xalqının tarixi” adlı kitabında R.Virxovun fikrini təsdiq edərək yazır: "İndiki ermənilərin və gürcülərin əcdadları Qafqaza gələndə burada başqa bir xalqın sələfləri yaşayırdılar".
Bunu Teleqraf.com-a açıqlamasında AMEA-nın əməkdaşı, dosent Zaur Əliyev deyib.
Onun sözlərinə görə, ümumiyyətlə Qafqazda arxeoloji qazıntılar aparanlar, palentoloqlar, gen mühəndisləri və ciddi alimlər öz tədqiqatlarının nəticəsi olaraq yazırlar ki, son tunc və erkən dəmir dövründə Azərbaycan və indiki Ermənistan, habelə indiki Şərqi Gürcüstan ərazisindən əldə edilən paleoantropoloji tapıntılar əsasında Cənubi Qafqazda Kaspi (Oğuz) tipinə mənsub əhalinin üstünlük təşkil etdiyini, transformasiya nəticəsində bu tipdən Kavkasion və Ön Asiya tiplərinin ayrıldığını müşahidə etmək mümkündür:
“Yəni erməni, gürcülərdən öncə bu coğrafiyada Oğuz və Qıpçaq genetik kodlarına malik şəxslər yaşayıblar. Arxeoloji qazıntılar zamanı indiki Ermənistan və Gürcüstan ərazisindən aşkar olunmuş qazıntı materialları, o cümlədən qədim insan qalıqları da bunu aydın sübut edir. Göstərilən qədim insan qalıqlarının morfoloji quruluşu ilə sonradan həmin ərazilərdə məskunlaşan ermənilərin və gürcülərin morfoloji quruluşu arasında heç bir oxşarlıq yoxdur.
Konkret olaraq ciddi və səhih mənbələr, qaynaqlar, əlyazmalar, arxeoloji qazıntılar, genetik tədqiqatlar təsdiq edir: İndiki Ermənistan və Gürcüstan ərazilərində Hind-Avropa dil ailəsinə daxil olan xalqların mövcudluğunu göstərmir. Ümumiyyətlə, tarixdə hər hansı bir xalqın etnik kimliyini, coğrafiyasını və dil tərkibini müəyyən etmək üçün əfsanələr üzərindən mülahizələr aparmaq doğru deyil. Real sənədlər və faktlar düz deyir, kimlərinsə mülahizələri deyil”.
Zaur Əliyev bildirib ki, ermənilər özlərini gah xaldeylərə, gah hetlərə, gah assurilərə, gah selevkilərə, gah da Parfiya çarlığını quran arşaklar sulaləsinə bağlayırlar:
“Bir qrup tarixçilər isə friq adıyla hayların gah Balkanlardan gəlməsini, gah da İsveçdən köç aldıqlarını yazırlar. Bununla onlar xüsusi bir bicliklə avropalı kökündən, rus mənşəli olmalarından bəhrələnmək istəyirlər. Hayların urartuları assimilyasiya etməsindən bəhs edənlər də var. Etnik hayları hətta türk savların törəməsi sayanlara da rast gəlinir. Zamanın gərdişindən, tarixin burulğanlarından asılı olaraq hayların biliciləri özlərini yenidən törəmə etnik hesab edərək əcdadlarının gah sami, gah da ari irqinə mənsub olmalarından dəm vururlar. Gizlin-gizlin özlərini kimə və harasa calasalar da, əl atsalar da, baş tutmur. Əlləri boşa çıxır. Bu gün isə özlərini gah farslara calayır, gah da bir zamanlar vəhşi obrazında təsvir və təqdim etdikləri kürdlərə qardaş olmalarından bəhs edirlər.
Gürcülər isə özlərinə Kartvelebi və ya Kartveli deyir. Amma dünya onları türklərin qoyduğu gürcü adı ilə tanıyır. Biz hər zaman Azərbaycanın başına gələnlərdən erməniləri və rusları haqlı olaraq günahkar bilmişik, tarixi sənədləri, arxivləri araşdıran zaman gözümüz önündə olan, onlar qədər bizə zərbə vuran üçüncü gücü görməzdən gəlmişik. Bəli, bu üçüncü güc Gürcülərdir. Azərbaycanın tarixi şəxsiyyətlərinin qətlində ruslarla əlbir olan, Nadir şahdan tutmuş digərlərinin qətlində birbaşa iştirak edən gürcülər Azərbaycan ərazilərini işğal etməkdən belə çəkinməyib. Tarixi Gəncə qapılarını bizə hələ də qaytarmayan gürcülər Azərbaycanın birləşdirilməsi uğrunda mübarizə aparan Quba hökmdarı Fətəli xanın qətlini Rusiya ilə birləşərək həyata keçirib. Gürcüstanı dövlət edən isə Nadir şah olub. Orda əfşarlar, qızılbaşlar, qarapapaqlar hakimiyyətdə olub. Gürcüstan Nadir şaha qədər sadəcə Kartli bölgəsi idi. Gəncə zonasının Nadir şaha müqavimət göstərməsinə qarşı şah Gürcüstan dövləti yaratdı ki, Azərbaycan xanlarına qarşı döyüşsün. Gürcüstanda Söhrab, Rüstəm xanlar kimi azərbaycanlı türklər uzun illər ağalıq ediblər. Gürcüstanın mühüm bir hissəsi bizim qədim Borçalı yurdudur.
Tarixçi qeyd edib ki, 2017-ci ildə Gürcü arxeoloqları David Gareci monastırında tədqiqat aparan zaman 8 qədim yunan dilində, 21 şərq dilində (ərəb, fars) 20-dən çox isə qədim bir xalqın əlifbasında olan əlyazmalar tapırlar:
“Bunlar orijinal alban əlifbasında qeyd edilən hərflərlə yazılıb. Gürcülər bu əlyazmaları bizə qaytarmaq istəmirlər. Bu əlyazmalar Azərbaycanın regionda ən qədim dövlət olmasını, albanların azərbaycanlılar olmasını sübut edir. Bu iki qonşu xalq isə tarix boyu bizə qarşı olublar. Rus çarı I Pyotr sünni və şiələr arasında gedən rəqabətdən də məharətlə istifadə edirdi. Səfəvi şahlarının və dövlətinin şiə, Türkiyənin sünni olduğunu nəzərə alan Pyotr Səfəvi şahlarının "tərəfinin" saxladığını bildirdi. Knyaz Dmitri Qantemir çarın əmri ilə "Manifest" adlı müraciət tərtib edib Azərbaycan dilinə çevirdi. I Pyotra Səfəvi xanədanından və Osmanlılardan məlumatları isə gürcülər və ermənilər ötürürdü. Məqsəd isə sünni Osmanlılar ilə şiə Səfəvilər arasında müharibələrin davamlı şəkildə aparılması və iki dövlətin zəifləməsi idi.
Hazırda Gürcüstan 1922-ci il oktyabrın 15-də onlara güzəşt edilən Azərbaycan torpaqları Qarayazı – 4.564,6 kv.km, Borçalı (bir hissəsi)- 5.161,4 kv.km, Sıqnax - 6. 832,6 kv.km və digərləri ilə birlikdə 16.558,6 kv.km ərazimiz üzərində dövlət qurub.
Yəni həm ermənilər, həm gürcülər Qafqazda köklü xalq deyillər. Onların iddia etdikləri tarix isə bu coğrafiyanın sahibi olan Oğuzlardan oğurlanıb. Dəyişdirilib”.