7 İyun 19:15
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

63 yaşlı qadın sağlam körpə dünyaya gətirib və rekord qırıb.

Teleqraf.com İtaliyanın “La Nazione” qəzetinə istinadən xəbər verir ki, yaşlı qadın qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirərək ölkənin ən yaşlı anası olub.

Flavia Alvaro 61 yaşında ilk dəfə süni mayallanma ilə hamilə qalıb, amma 14-cü həftədə uşağını itirib. O, iki ildən sonra 15 min avro xərcləyərək yenidən uğurlu süni mayallanma prosesi keçirib. İyunun 3-də Alvoranun Sebastian adlı oğlu doğulub.

Alvaronun 64 yaşı oktyabrda tamam olacaq. İndi o, İtaliyanın ən yaşlı anası hesab olunur.


Müəllif: Arzu

Oxşar xəbərlər