Yatmadan əvvəl telefondan istifadə yuxuya getməyi çətinləşdirmir.
Teleqraf.com xəbər verir ki, Avstraliyanın Flinders Universitetinin alimləri uzun sürən araşdırmalardan sonra bu nəticəyə gəliblər.
Flinders Universitetinin alimləri araşdırmaları çərçivəsində ekranlardan (o cümlədən telefonlardan) gələn mavi işığın yuxuya getməyə təsiri ilə bağlı 11 tədqiqat aparıblar. Aparılan tədiqatların 10-da telefonda vaxt keçirməyin yuxunun keyfiyyətinə mənfi təsir göstərmədiyi müəyyənləşib.
Aparılan araşdırmalar nəticəsində aydın olur ki, telefonlar yuxu sağlamlığına və keyfiyyətinə ciddi təsir göstərmir.