108 yaşlı qadının uzunömürlülüyünün sirri açılıb.
Teleqraf.com xəbər verir ki, qocalar evində yaşayan Missisipi sakini Culiya Mae Raysın 108 yaşı tamam olub.
Onun böyük qızı Doroti anasının uzun ömür sürməsinin sirrinin başqalarına yaxşı münasibətində olduğunu deyib.
Raysın digər qızı İda Delk isə anasının Allaha olan inancı ona yaşadıqları qədər yaşamağa imkan verdiyini düşünür.