1700 illik əlyazma 3 milyon sterlinqə hərraca çıxarılıb.
Teleqraf.com xəbər verir ki, əlyazmalar Londondakı Kristis hərrac evi tərəfindən satışa çıxarılacaq.
Dünyanın ən qədim əlyazmalarından biri olan "Crosby-Schøyen Codex" Misirdə tapılıb. Əlyazmalar qədim kipti dilində yazılıb. Mətn xristiyanlığın 5 dönəmini əhatə edir. Bu əl yazmalar arasında "Yunus Kitabı" və "Peterin Birinci Məktubu"-nun məlum olan ən qədim variantları da daxildir. Əlyazmalar beş müxtəlif müəllif tərəfindən yazılmış beş fərqli mətndən ibarətdir. Əlyazmaların eramızın III əsrində eyni “katib” tərəfindən köçürüldüyü düşünülür.
Xəbərdə o da qeyd edilir ki, III-IV əsrlərdən günümüzə yalnız bir neçə kitab gəlib. Bu əlyazmalar da onlardan biridir.