21 İyun 01:23
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Windows" bütün kompüterləri təcili olaraq yeniləməyə çağırıb.

Teleqraf.com “The Register”ə istinadən xəbər verir ki, "Microsoft" "Windows" proqramı üçün yeniləmə hazırlayıb.

Belə ki, əvvəllər "Microsoft" əməliyyat sistemlərində, o cümlədən "Windows" 10 və 11-də kompüterdə zərərli proqram təminatının quraşdırılmasına imkan verən boşluq aşkar edilmişdi. CVE-2024-30078 kimi müəyyən edilən sistem qüsuru, ictimai və təhlükəsiz "Wi-Fi" şəbəkəsinə qoşulduqda kompüterə giriş imkanı verirdi. Bununla da digər istiafədəçi sistemə zərərli şəbəkə paketi göndərə bilərdi.

Şirkət bu problemi aradan qaldırmaq üçün təminat yaradıb və bütün istifadəçiləri təcili olaraq proqramları yeniləməyə çağırıb.

"Microsoft" həmçinin qeyd edib ki, problem həll olunmayana qədər ictimaiyyətə boşluğun olması ilə bağlı məlumat verilməyib. Buna görə də, hakerlərin sistemdəki boşluqdan istifadə etmək imknaları olmayıb.



Müəllif: Arzu

Oxşar xəbərlər