Türkiyənin yerli və milli peyki “Türksat 6A” orbitə uğurla göndərilib.
Teleqraf.com yerli KİV-lərə istinadən xəbər verir ki, peyki orbitə “SpaceX” şirkəti aparıb.
Əlverişsiz hava şəraiti ilə əlaqədar bir neçə dəfə buraxılış əməliyyatı təxirə salınıb. Sonda “SpaceX” rabitə peyki “Türksat 6A”nı orbitə daşıyacaq “Falcon 9” raketini buraxıb.
Türkiyə rəsmiləri bildirib ki, "Türksat6A" peyki Türkiyəni Cənub-Şərqi Asiya bazarına açacaq və 4,5 milyard insana xidmət göstərməyə imkan verəcək.