Məşhur türkiyəli müğənni Mahsun Kırmızıgül İranın yeni prezidenti Məsud Pezeşkianı təbrik edərək, onu qadınların hüquqlarının müdafiəsinə çağırıb.
Teleqraf.com xəbər verir ki, müğənni bu barədə sosial şəbəkədə paylaşım edib.
"Sizdən ən böyük xahişim iranlı qadınların həyatını yaxşılaşdıracaq və onları zorakılıqdan qoruyacaq islahatlar aparmağınızdır. Sizin qadınlarımızın qəddarlıq və zorakılıq olmadan, dinc, xoşbəxt yaşaması üçün lazımi addımları atmağınızı istəyirəm. Əgər siz bunu etsəniz, sizə söz verirəm ki, İranın ən böyük stadionunda pulsuz konsert verəcəm”.