Asiyanın ən zəngin iş adamı Mukeş Ambaninin kiçik oğlu Anant Ambani mart ayından bəri davam edən şənliklərdən sonra evlənir.
Teleqraf.com xəbər verir ki, "ilin toyu" kimi tanınan mərasim 12-14 iyul tarixində 16 min nəfərlik 27 mərtəbəli şəxsi iqamətgahda keçirilir.
Toy 4 gün davam edəcək
Mark Zukerberq və Bill Qeytsin də qatıldığı toyqabağı şənliklərdən iyulun 14-də başa çatacaq. Toy 4 gün davam edəcək.
Məşhurların şənliyi
Bu gün cütlük Rihanna və Castin Biberin də səhnəyə çıxdığı şənliklərdən sonra Jio kompleksində ənənəvi hindu mərasimində evlənəcək.
Dünyanın ən zəngin insanlarını bir araya gətirəcək toyda model Kim Kardaşyan, İngiltərənin keçmiş baş naziri Toni Bleyr, Boris Conson və onun həyat yoldaşı iştirak edəcək.
Ötən gün axşam saatlarında başlayan toy mərasiminə görə ətrafda hərəkət məhdudlaşdırılıb. Bazar ertəsinə qədər əraziyə yalnız toya qatılacaq şəxslərin nəqliyyat vasitələri buraxılacaq. Bu qərar yerli sakinlərin narazılığına səbəb olub.
Toya çəkilən xərc açıqlanmır
Ambani ailəsi hələlik toyun xərcini açıqlamayıb. Amma toy təşkilatçıları xərclərinin artıq 132 milyondan 156 milyon dollara çatdığını ehtimal edilər. Rihannaya ifasına görə 7 milyon, Castin Biberə isə 10 milyon dollar ödənilib.
Ambani ailəsi iyun ayında da əyləncə gecəsi təşkil edib. Back Street Boys, Katy Perry və Pitbullun səhnəyə çıxdığı həmin şənliyə 800 nəfər qatılmışdı.
Forbes-in məlumatına görə, 66 yaşlı Mukeş Ambani 115 milyard dollar sərvəti ilə dünyanın 10-cu ən varlı adamıdır.