Danimarka məsuliyyətli və ətraf mühitə diqqətli davranan turistləri cəlb etmək üçün bir sıra addımlar atacaq.
Teleqraf.com xəbər verir ki, paytaxt Kopenhagenə gələn turistlərə pulsuz içkilər və xizək sürmək kimi imtiyazlar veriləcək.
Bundan başqa velosiped sürən, ictimai nəqliyyatdan istifadə etməyən,hava limanında və şəhər parklarında zibil toplamaq kimi yüngül işlərlə məşğul olan turistlərə əlavə mükafatlar veriləcək.