Çinli bloqer Pan Xiaoting canlı yayımda ölüb.
Teleqraf.com xəbər verir ki, qadın həddindən artıq çox yemək yediyinə görə ölüb.
Qadın internetə "Mukbang" yemək videoları ilə məşhurlaşıb. O, hər gün 10 saatlıq canlı yayımda 10 kilo yemək yeyirdi.
Bildirilir ki, internet fenomeni daha əvvəl də həddən artıq çox yemək yediyinə görə, mədə qanaması ilə xəstəxanya yerləşdirib. Ancaq qadın xəstəxanadan çıxandan sonra canlı yayımlarına davam edib.