Britaniyalı tarixçi sosial şəbəkə vasitəsilə kral VIII Henrinin itmiş portretini tapıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, tarixçi Adam Busyakeviç portreti “X” sosial şəbəkəsində "gəzişərkən" aşkar edib.
Portret 1590-cı illərdə yaşamış ingilis qobelen ustası Ralf Şeldonun sifarişi ilə hazırlanmış 22 portret dəstinin bir hissəsi idi. Bu kolleksiyadakı parçalardan günümüzə yalnız bir neçə rəsm əsəri gəlib çatıb.