Amerikalı qadın zibil qutularında tapdığı əşyaları satmaqla var-dövlət yığıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, qadın 2 ildə 80 min dollara yaxın vəsait qazanıb.
Texasdan olan 34 yaşlı Tiffany Butlerin dediyi kimi, o, iki ildir ki, zibil qutularında müxtəlif əşyalar axtarır. Onun sözlərinə görə, idman ayaqqabısı, paltar və digər qarderob əşyalarını internetdə satışa çıxarır.
Qadın 2022-ci ildən bəri 80 min dollar qazana bilib.