Çoxumuzun ətrafında torpaq, təbaşir və sair kimi maddələri yeməyi vərdiş edən insanlar var. Bu vərdiş bir neçə mikroelementin çatışmazlığına və parazitlərlə mübarizə üçün insanda qədim refleks kimi qəbul olunur.
Teleqraf.com xəbər verir ki, torpaq, gil, təbaşir və saç kimi maddələri yemək vərdişi ilə xarakterizə olunan Pika sindromu əslində ciddi bir yemək pozuqluğudur.
Pika sindromunun əsas səbəbləri uşaqlarda və böyüklərdə fərqlidir. Pika müalicə olunmazsa həyati təhlükə yarada bilər. Uşaqlarda görülən Pika adətən vitamin çatışmazlığını göstərir. Yetkinlərdə vəziyyət bir az daha mürəkkəbdir. Çünki Pika sindromu böyüklərdə çox vaxt başqa bir əsas psixiatrik xəstəliyə işarə edə bilər.
Yaranma səbəbi ilə bağlı bir çox fikir irəli sürülür. Bütün yemək pozğunluqları kimi, kökünün psixologiyaya bağlı olduğu düşünülür.
Birdən yarandığı kimi, zamanla özü-özünə itən Pikanın müalicəsi üçün dəqiq bir yol yoxdur.
Xatırladaq ki, autizm, şizofreniya və başqa psixoloji xəstəliklərdən əziyyət çəkənlər də Pika davranışları sərgiləyir.