Bolqarıstanda məşhur çimərlikdə qədim Roma sarkofaqı tapılıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, sarkofaq Varna şəhəri yaxınlığında yerləşən Müqəddəs Konstantin və Yelena kurortunda aşkar edilib.
Xəbərdə qeyd edilir ki, yerli polis sarkofaqı çimərlikdə təsadüfən tapıb. Belə ki, tətildə olan təqaüdçü polis zabiti tikintisi başa çatmış otel kompleksinin yanında sarkofaq görüb.
O, tapıntı barədə səlahiyyətlilərə məlumat verib. Tapıntının öyrənilməsi üçün əraziyə Varna Arxeologiya Muzeyinin və Mədəniyyət Nazirliyinin Mədəni İrsin Mühafizəsi İdarəsinin regional idarəsinin əməkdaşları gəlib.