2 Avqust 23:59
751
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ səlahiyyətliləri "Nvidia"nı antiinhisar qanunlarını pozmaqda ittiham edirlər.

Teleqraf.com xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi "Nvidia"nın İsrailin süni intellekt startapı "Run:ai"ni satın almasını araşdırmağa başlayıb.

"Tech Crunch"in hesabatına görə, "Nvidia" aprel ayında süni intellekt infrastrukturunu idarə edə bilən şirkəti təxminən 700 milyon dollara satın alıb.

ABŞ senatoru Elizabet Vorren da antiinhisar auditi çərçivəsində "Nvidia"nın biznesini təhlil etməyə çağırıb: "Bir şirkətin dünyanın süni intellekt gələcəyinin mühafizəçisi olmasına icazə vermək təhlükəlidir və ciddi iqtisadi risklər yaradır".

"Nvidia" artıq lazımı olan məlumatların hamısı təqdim edəcəyini vəd edib və inhisarçılıqdan narahat olmağa heç bir əsas olmadığını qeyd edib.

Qeyd edək ki, istintaqla bağlı məlumatlar yayılandan sonra şirkətin səhmləri 2,3 faiz ucuzlaşıb .


Müəllif: Arzu

Oxşar xəbərlər