İspaniyada Argentina milli futbol komandasının kapitanı və hücumçusu Lionel Messinin malikanəsinə boya töküblər.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, aksiyanı ətraf mühit fəalları həyata keçirib.
Aksiyanın keçiriləcəyi məkan kimi Messinin İbiza adasındakı boş malikanəsi seçilib. Fəallar binaya daxil olub, divarlara boya töküb və üzərinə “planetə kömək edin” və polisi ləğv edin çağırışları yazıblar.
İspaniyanın Futuro Vegetal hərəkatı aksiyaya görə məsuliyyəti öz üzərinə götürüb. Bu yolla fəallar ekoloji böhranın həllinə varlıları cəlb etmək məqsədi güdürlər.