7 Avqust 19:48
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikanın "Perceptive" şirkətinin robotu insan dişləri üzərində dünyada ilk dəfə əməliyyat keçirib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, robot avtomatlaşdırılmış stomatoloji sistemin köməyi ilə tamamilə avtonom əməliyyat həyata keçirə bilib.

Robot manipulyatorlardan, obyektlərin 3D vizuallaşdırılması sistemi və süni intellektdən (AI) istifadə edib.

Şirkət nümayəndələrinin sözlərinə görə, prosedurdan əvvəl robot stomatoloq xəstənin ağız boşluğunu skan edir və effektiv müalicə kursunu müəyyənləşdirir.

Texnologiya diş çürüməsini 90 faizdən çox dəqiqliklə aşkar edə bilir. Şirkət qeyd edib ki, diaqnoz zamanı adi rentgen müayinəsində olduğu kimi xəstədə ionlaşdırıcı şüalanmaya məruz qalma yoxdur. Mühəndislər robotun bəzi işləri adi həkimdən daha sürətli yerinə yetirə biləcəyini bildiriblər.


Müəllif: Arzu

Oxşar xəbərlər