13 Avqust 19:36
4 378
12 Punto 14 Punto 16 Punto 18 Punto

Marsda ilk dəfə maye su aşkar edilib. Maye qırmızı planetin səthinin altında, böyük bir dərinlikdə yerləşir.

Teleqraf.com xəbər verir ki, NASA-nın “Mars Insight Lander” zondunun topladığı məlumatları təhlil edən elm adamları planetin qabığının dərinliklərində su anbarının olduğu qənaətinə gəliblər.

Marsda bundan öncə maye yox, buz və buxar şəklində su tapılıb.

“Mars Insight Lander” zondu 6 il əvvəl planetin səthinə enib. Kosmik aparat 4 il ərzində eyni nöqtədə yerləşib və Marsı dinləyib. Yəni seysmoqrafla Marsdakı təkanları qeydə alıb.

Zond yalnız planetin altında seysmik dalğaları qeydə alıb və müvafiq olaraq həmin yerdə də su yatağı aşkar edilib. Amma alimlər hesab edirlər ki, belə çöküntülər Marsın başqa yerlərində də mövcuddur.

Təhlil göstərir ki, su Marsın 10-20 kilometr dərinliyində yerləşir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər