"Vikipediya" onlayn ensiklopediyasının rusdilli versiyasının sahibi olan "Wikimedia" Fondu 4 milyon rubl (78 min manat) cərimələnib.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Moskvanın Taqanski Rayon Məhkəməsi qərar verib .
Məlumata görə, şirkət Rusiyada qadağan olunmuş məlumatları silməməkdə təqsirli bilinib. Təşkilatın silməkdən imtina etdiyi məzmunla bağlı təfərrüat verilməyib.
Qeyd edək ki, mart ayında da məhkəmə Rusiyada qadağan olunmuş məlumatları silməkdən imtina etdiyinə görə "Wikimedia" Fondunu 3 milyon rubl cərimələmişdi.