15 Avqust 14:21
1 298
12 Punto 14 Punto 16 Punto 18 Punto

Karib dənizində çoxsaylı füsunkar mənzərəli adalar yerləşir, hər birinin də macəra filmi seriyasına layiq öz qəribə hekayəsi var. Bunlardan biri də adı əfsanələrdə keçən Kurasaodur. Amma az adam bilir ki, Kurasaoya çox yaxın onun kabuslarla dolu əkizi - Kiçik Kurakao adası yerləşir.

Teleqraf.com xəbər verir ki, adanın ölçüləri çox kiçikdir - uzunluğu 2 kilometrdən bir qədər çox, eni bir neçə yüz metrdir.

Ada uzaqdan qar kimi ağ çimərlikləri olan başqa bir tropik cənnəti kimi görünə bilər. Amma onun qorxunc tarixi sahillərinə yaxınlaşan kimi öz ürpədici nəfəsini hiss etdirir.

Kiçik Kurasao böyük Kurasao adası kimi, hələ də Hollandiyanın xaricdəki mülkiyyətidir. Adada daimi yaşayış yoxdur, amma turistlər buranı ziyarət etməyi sevirlər. Bəzilərini həqiqətən çimərlikləri çəkir, bəzilərini isə hər qarışında özünü göstərən ürpədici tarixinin izləri cəlb edir.

XVII əsrdə bu kiçik ada hollandlar tərəfindən bölgəyə Afrikadan gətirilən qullar üçün karantin zonası idi. Afrikadan Amerikaya səyahət zamanı xəstələnən qullar sağalana və ya ölənə qədər Kiçik Kurasaoya göndərilirdi. Adanın cənub hissəsində hələ də köhnə məzarları görmək mümkündür, bunlar Kiçik Kurasaonun tarixinin ən qaranlıq günlərinin qorxulu xatırlatmasıdır.

1960-cı illərdə burada qəzaya uğrayan yaxta və 1980-ci illərdə sahilə çıxan neft tankeri də daxil olmaqla, adanın ətrafında bir sıra gəmi qalıqları da var.

Adada demək olar ki, bitki örtüyü yoxdur, XVII əsrdə gətirilən keçilər tərəfindən məhv edilib. O vaxtdan burada təbii yaşıllıq özünü bərpa edə bilməyib.

Turistlər tez-tez Kiçik Kurasaoya gündəlik səfərlər etsələr də, adaya gələrkən balıqçıların gecələdiyi bir neçə balıqçı daxmasından başqa, burada minimal istirahət obyektləri tapırlar. Bir əsrdən çox əvvəl tikilmiş köhnə işləməyən mayak da var.

Kabus hələ də Kiçik Kurasaonu tərk etməyib. Hollandiya hökuməti adada narkotik qaçaqmalçıları ilə qarşılaşma riski barədə xəbərdarlıq edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər