17 Avqust 08:35
1 132
12 Punto 14 Punto 16 Punto 18 Punto

Günəş sistemində ən soyuq ərazi Yerə yaxın ərazidə Ayın səthində yerləşə bilər.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə London və Uorvik universitetlərinin britaniyalı alimləri araşdırmaları nəticəsində belə qənaətə gəlib.

Alimlər apardıqları araşdırmalar nəticəsində Ayın bəzi sahələrinin Plutondan daha soyuq olduğunu kəşf ediblər.

Mütəxəssislər 2009-cu ildə Ayın cənub qütbündəki kölgəli kraterlərdə ətraf mühitin vəziyyətini qiymətləndirən NASA-nın Ay Kəşfiyyat Orbiti missiyasının məlumatlarını təhlil ediblər . Ölçmələrin göstərdiyi kimi, bu yerlərdə temperatur mənfi 248,15 ° C-dir.
Müqayisə üçün deyək ki, Plutonun səthinin orta temperaturu mənfi 232,75°C-dir.

Alimlər əmindirlər ki, Ayın cənub qütbünün Merkuridən Mars və Yupiter arasındakı asteroid qurşağına qədər daxili Günəş sisteminin ən soyuq yerdir.


Müəllif: Arzu
Ay

Oxşar xəbərlər