Okeanların antropogen çirklənməsi müxtəlif formalarda özünü göstərir. Ən qeyri-adi nəticələrdən biri bir müddətdir ekoloqları ciddi narahat edən “kokain köpəkbalığı”nın meydana çıxması olub.
Teleqraf.com xəbər verir ki, bu barədə “Science of The Total Environment” jurnalında yazı dərc olunub.
Problem əsas dəniz narkotik ticarəti marşrutlarının yerləşdiyi hər iki Amerikanın sahilləri yaxınlığında kəskindir. Bəzən çimərliklərdə kokain paketlərinə rast gəlinir, bu o deməkdir ki, bəzi paketlərin zədələnə və içindəki suyu çirkləndirə bilməsi ehtimalı var.
Bir qrup braziliyalı bioloq ilk dəfə olaraq vəhşi Braziliya uzunburunlu köpəkbalığı Rhizoprionodon lalandii cəsədlərində kokain və onun komponentlərinin yüksək konsentrasiyasını müəyyən edib.
Rio-de-Janeyro yaxınlığında tutulan 13 köpək balığı tədqiq edilib. Alimlərin qeyd etdiyi kimi, dərmanlar bir çox növləri nəsli kəsilməkdə olan köpək balıqlarının sağlamlığına dağıdıcı təsir göstərir.
Eyni zamanda, kokainlə çirklənmiş balıqlar onları yeyən insanlar üçün təhlükə yarada bilər.