19 Avqust 20:17
985
12 Punto 14 Punto 16 Punto 18 Punto

Alimlər 66 milyon il əvvəl Meksikanın Yukatan yarımadasına düşən asteroidin daşdan deyil, palçıqdan olduğunu kəşf ediblər.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, yeni araşdırma dinozavrları məhv edən asteroidin kimyəvi quruluşunu ortaya çıxarıb.

Alimlərə görə, asteroid Yerə çırpılandan sonra həyatı məhv edib. Tədqiqata görə, bu asteroid gillə zəngin palçıq topu olub.

Asteroidin diametri təqribən 6 ilə 9 mil (9,7 ilə 14,5 kilometr) arasında olub və Yerə dəyərkən tamamilə toza dönüb. Zərbənin yaratdığı toz buludları Günəş işığını bloklayıb. Daha sonra illərlə davam edən soyuma dövrünü başlayıb.

Araşdırmalar nəticəsində asteroidin kimyəvi izlərinin hələ də Yer kürəsində qaldığı üzə çıxıb. Alimlərin sözlərinə görə, dünyanın bir çox yerində tapılan nazik gil təbəqəsi buna sübutdur.

Tədqiqatçılar qeyd edirlər ki, belə toqquşmalar nadir hallarda baş verir, lakin gələcəkdə Yer kürəsinin də oxşar asteroidlə qarşılaşması ehtimalı var.


Müəllif: Arzu

Oxşar xəbərlər