San-Fransisko sakinləri "Waymo" robotaksilərindən şikayətlənirlər.
Teleqraf.com xarici KİV-lərə istinadən xəbər verir ki, robotaksilər gecə saatlarında siqnal verərək insanları yuxudan ayıldıb.
Şirkətdən bildirilib ki, yaranan narahatlığın səbəbi robotaksinin malik olduğu avtopilot xüsusiyyətləridir. Belə ki, robotaksi başqa bir avtomobilin arxaya doğru hərəkət etdiyini hiss edərsə, qəzanın qarşısını almaq üçün həyəcan siqnalı verir.
"Waymo " şirkəti şikayətçilərdən üzr istəyib və hətta onlar üçün dondurma ziyafəti təşkil edib.