Böyük Britaniyanın mərhum kraliçası II Elizabetin şəxsi aşpazı onun üçün mükəmməl şəkildə hazırlanan yemək menusundan danışıb.
Teleqraf.com xəbər verir ki, aşpaz Darren Makqredi 15 il kral ailəsində çalışıb.
O, kraliçanın çayı çox sevdiyini deyib: "Çay içməyi, şokoladlı tortları çox sevirdi. Bura uşaqlıqdan sevərək yediyi sendviç də daxildir. Çayı əsasən saat 15:30 ilə 17:00 arasında içirdi. harada olur-olsun, həmişə günorta çay içərdi. Çiyələk mürəbbəsi də çay süfrəsində olmalı idi. Biz gözəl Şotlandiya çiyələkləri ilə Balmoral qalasında mürəbbə hazırlayırdıq. Qaymaqlı pendiri və təzə nanəni yeməklərinə əlavə etməyimizi istəyirdi”.
Makqradi kraliçanın xiyarlı sendviçi çox sevdiyini, ancaq bunun hazırlanmasının elə də asan olmadığını deyib.