İlon Maskın sahibi olduğu "Neuralink" şirkəti tərəfindən implant edilən ilk şəxs Nolan Arbo çipdən istifadə edərək dil öyrənməyə başladı.
Teleqraf.com xəbər verir ki, bu barədə İlon Mask "X" sosial şəbəkəsindəki səhifəsində danışıb.
Onun sözlərinə görə, beyninə implantasiya edilən implantın köməyi ilə o, yapon və fransız dillərini öyrənməyə başlayıb.
“Mənim həyatım qısa müddət ərzində çox yaxşılaşdı. Dəstəyinizə görə təşəkkür edirəm, mesajlarınızın bəziləri məni yaxşı mənada ağladır, bəziləri isə yüksək səslə güldürür” - deyə bildirib.