20:47
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Harri Potter" filmində professor "Makqonaqal" rolu ilə məşhurlaşan aktrisa Meqqi Smit 89 yaşında vəfat edib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, britaniyalı aktrisanın ölümü ilə bağlı məlumatı övladları təsdiqləyib.

O, həyatının son günlərini Vestminster Xəstəxanasında keçirib.

İki dəfə Oskar mükafatı laureatının son rolu İrlandiyadan Fransanın müqəddəs Lurd şəhərinə bir qadının ziyarətindən bəhs edən “Möcüzə klubu” filmindəki baş qəhrəman idi.


Müəllif: Arzu

Oxşar xəbərlər