17:18
355
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur dietoloq Canan Karatay kivinin möcüzələrini açıqlayıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Karatay dərini 10 il cavanlaşdıran və ürək-damar sağlamlığını qoruyan kivinin bilinməyən faydalarından danışıb.

Onun sözlərinə görə, gündə bir ədəd kivi yemək dəri sağlamlığına fayda verir və 10 yaşa qədər cavanlaşdırır.

Karatay müntəzəm kivi istehlakının göz altındakı qara dairələr və qırışlar üçün ideal qida olduğunu və axşam saatlarına qədər rahatlıqla onu yeyə biləcəyimizi bildirib:

"Kivi dəriyə qulluq üçün istehlak edilməli bir meyvədir, tərkibindəki təbii antioksidanlar, C vitamini sayəsində bədən müqavimətini artırır".

Karatay bədəndəki infeksiyaya qarşı ağ qan hüceyrələrinin sayını artırdığını da ifadə edib. Ürəyə yaxşı təsir edən kivi damarları rahatlaşdıraraq qan təzyiqini tarazlaşdırır və yaxşı xolesterinin səviyyəsini artırmağa kömək edir.

O həmçinin kivinin xərçəngin qarşısını almağa kömək etdiyini də vurğulayıb.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər