16 Noyabr 17:26
253
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir turist İtaliyanın Alp dağlarında dinozavrlardan əvvəl, Perm dövründə yaşamış 280 milyon il yaşı olan sürünənlərin qalıq izlərini tapıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “InterestingEngineering” yazır.

Qalıqları İtaliyanın şimalındakı Valtellina-Orobi dağ massivində yerli sakin Klaudiya Steffensen əri ilə birlikdə gəzinti zamanı aşkarlayıb.

“Yoldaşım qabağımda gedirdi, o irəli, mən isə ayağımın altına baxırdım. Daha çox sement plitəsinə oxşadığı üçün ayağımı mənə qəribə gələn daşın üstünə qoydum. Sonra dalğalı xətləri olan qəribə dairəvi naxışlara diqqət yetirdim. Diqqətlə baxdıqdan sonra bunların pəncə izləri olduğunu anladım”, - Klaudiya deyib.

Milan Təbiət Tarixi Muzeyinə göndərilən foto mütəxəssislər arasında geniş marağa səbəb olub.

Alimlər araşdırmalardan sonra müəyyən ediblər ki, dəniz səviyyəsindən 1700 metr yüksəklikdə aşkar edilən ayaq izləri dinozavrlardan xeyli əvvəl, təxminən 280 milyon il öncə bu bölgədə yaşamış sürünənlərə aiddir.

Bölgədəki sonrakı tədqiqatlar suda-quruda yaşayanlar, sürünənlər və həşəratlar kimi heyvanların yüzlərlə fosilləşmiş pəncə izlərini aşkarlamağa imkan verib.

Ən böyük izlərin sahiblərinin uzunluğu 2-3 metrə qədərdir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər