01:39
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanadanın Nyu-Brunsvik əyalətinin rəhbəri Syuzan Holt Federal Səhiyyə Agentliyindən bölgədə yayılan yeni beyin xəstəliyini araşdırmağı xahiş edib.

Teleqraf.com xəbər verir ki, onun müraciəti "National Post"da dərc olunub.

"Biz nəinki necə diaqnoz qoyacağımızı, necə müalicə edəcəyimizi bilmirik, həm də bu xəstəliyin səbəbinin nə olduğunu bilmirik" - müraciətdə qeyd olunur.

100-dən çox şəxsin xəstəlikdən əziyyət çəkdiyi bildirilir. Simptomlara narahatlıq, yuxu pozğunluğu, diş qıcamaları, şiddətli əzələ spazmları, görmə problemləri və halüsinasiyalar daxildir.


Müəllif: Arzu

Oxşar xəbərlər