30 Noyabr 2024 08:25
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyada bir bilet sahibi “EuroMillions” lotereyasının çərşənbə axşamı tirajında 177 milyon funt sterlinq dəyərində cekpotu qazanaraq Milli Lotereyanın tarixində üçüncü ən böyük uduşlu qalib olub.

Teleqraf.com xəbər verir ki, qalibin ictimaiyyət qarşısında öz kimliyini açıqlayıb-açıqlamamaq barədə qərar verməsi gözlənilir.

Xatırladaq ki, 2022-ci il iyulun 19-da anonim qalmaq istəyən digər bir britaniyalı iştirakçı “EuroMillions”un rekord cekpotu olan 195 milyon funt sterlinqi qazanmışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər