Rusiyanın Sverdlovsk vilayətinin sakinləri övladlarına "Möhtəşəm yüz il" türk serialının qəhrəmanının adını qoymağa başlayıblar.
Teleqraf.com xəbər verir ki, yeni doğulan uşaqlara ən çox verilən adlardan Süleyman adıdır.
Osmanlı sultanı olan Süleyman məşhur türk serialı "Möhtəşəm yüz il"ın baş qəhrəmanıdır.
Bu bölgədə ruslar oğlanlarına daha çox Mixail, Aleksandr, Artyom, Timofey və Matvey adları qoyurlar. Qızlar üçün ən məşhur adlar Sofiya, Anna, Eva, Viktoriya və Mariyadır.
Burada oğlanlar üçün ən nadir adlar Cəmaləddin, Nurkeldi, Firudun və Lyon, qızlar üçün isə Mikkel, Fəridə, Fairuz və Vita olub.