5 Dekabr 2024 23:06
936
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı milyarder, "Blue Origin" şirkətinin qurucusu Ceff Bezos rəqibi "SpaceX"in rəhbəri İlon Maskın ABŞ-ın seçilmiş prezidenti Donald Trampa təsirindən narahat olmadığını bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Bezos "New York Times DealBook" sammiti zamanı danışıb.

"Onun öz siyasi gücündən şirkətlərinə xeyir vermək və ya rəqiblərinə zərər vermək üçün istifadə etməyəcəyi ilə bağlı dediklərinin həqiqət olduğunu düşünürəm" - iş adamı deyib.

Milyarder hökumətin səmərəliliyinə nail olmaq üçün departamentin yaradılmasının tərəfdarı olduğunu bildirib.


Müəllif: Arzu

Oxşar xəbərlər