9 Dekabr 19:52
260
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Apple" şirkəti uşaqlara qarşı cinsi istismar materiallarını aşkar etmək üçün "iCloud" fotoşəkillərini skan etməkdən imtina etdiyi üçün məhkəməyə verilib.

Teleqraf.com xəbər verir ki, bu barədə "New York Times" məlumat verib.

Məhkəmədə 2680 potensial qurbanın maraqları təmsil olunur. İddia edilir ki, "Apple"ın daha əvvəl elan etdiyi uşaqların müdafiəsini təmin edən texnologiyanı həyata keçirməməsi zərərli məzmunun yayılmasına şərait yaradıb. Bu da zorakılığa məruz qalan uşaqlara davamlı zərər vurub.

2021-ci ildə şirkət "iCloud Photos"a uşaqlara qarşı cinsi istismar materiallarını aşkar etməyə yardım edəcək texnologiyanın anonsunu verib. Lakin bu texnologiyanın hökumət nəzarəti üçün istifadə edilə biləcəyi ehtimalına görə şirkət tənqidlərlə rastaşıb. "Apple" sonradan bu təşəbbüsdən imtina edib.

Hazırda şirkətdən 1,2 milyard dollar təzminat tələb edilir.


Müəllif: Arzu

Oxşar xəbərlər