10 Dekabr 16:02
428
12 Punto 14 Punto 16 Punto 18 Punto

Banqladeşin paytaxtı Dəkkə dünyanın ən çirkli havasına malik şəhərlər siyahısında ilk pillədədir.

Teleqraf.com xəbər verir ki, bu barədə Anadolu xəbər agentliyi Hava Keyfiyyəti İndeksinin (AQI) göstəricilərinə istinadən məlumat yayıb.

Ən son nəticələrə əsasən, Dəkkə "241 AQI" dəyəri ilə əlverişsiz və sağlamlıq üçün təhlükəli olan hava kateqoriyasında liderliyini qoruyub.

Siyahıda Pakistanın Lahor şəhəri, Vyetnamın paytaxtı Hanoy və Hindistanın paytaxtı Yeni Dehli şəhərləri müvafiq olaraq 2,3 və 4-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, hava keyfiyyətinin ən pis səviyyəyə çatdığı Dəkkədə qış aylarında vəziyyət sağlamlıq baxımdan daha təhlükəli olur.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər