09:06
888
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səlahəddin Əyyubi 1138-ci ildə İraqın Tikrit şəhərində doğulub. Atası, böyük Selçuqlulara bağlı Zəngi sülaləsinə aid ticarət, Ballbek və Şam vilayətlərində idarəçilik etmiş Nəcməddin Əyyubi idi. Uşaqlığını Ballbekdə keçirən Səlahəddin Əyyubi böyüdükdə yaxşı bir alim olmağı arzulayırdı. Amma gənc yaşlarında ordu komandanı olan əmisi Əsədli Şirku onu öz xidmətinə qəbul edərək həyatını və arzularını dəyişdi. Əsadəddin Şirkuhun komandanlığında 1164-1169-cu illərdə Fatimi hakimiyyəti altındakı Misirə üç dəfə səyahət edən Səlahəddin bu döyüşlərdə yaxşı bir ordu komandanı və müvəffəqiyyətli bir dövlət adamı olaraq ön plana çıxdı.

O, 1169-cu ildən sonra Misirdə qalıb, Zəngilər sülaləsindən olan hökmdar, atabəy Nurəddin Mahmud Zənginin vəkili olaraq Misiri və ora bağlı əraziləri bir hökmdar kimi idarə etməyə başladı. Səlahəddin Əyyubi, özünə və türklərə qarşı müqavimət göstərən Fatimilər, onları dəstəkləyən Xaçlılar və Bizanslılarla mübarizə etməyə başladı. Orduyu yenidən təşkil edərək dövlət içərisində mövcud olan Fatimi hakimiyyətini bir-bir təmizlədi.

Zəngi sülaləsinin başçısı Nurəddin Mahmud Zəngi 1174-cü ildə vəfat etdikdən sonra Səlahəddin xütbə oxudaraq öz adına Əyyubi dövləti qurdu. Salhəddin Əyubinin bu dövləti qurmaqdakı əsas məqsədi, bölgədəki bütün müsəlmanları bir dam altında toplamaq və Qüdsdən xaçlıları qovmaq idi. İlk olaraq Zəngilərin qarışıqlıq içində olan torpaqlarını özünə bağlayaraq Suriya, Fələstin, Hicaz, İordaniya, Yəmən və Cənubi Anadolu bölgələrini hakimiyyəti altına aldı.

Səlahəddin bir tərəfdən Orta Şərqdə İslam birliyini təmin etməyə çalışarkən, digər yandan da xaçlılarla mübarizə etməli oldu. 1176-cı ildə Haşhaşiləri məğlub etdi. Urfa, Dürən, Rakka, Habur, Nusaybin, Əl-Cəzirə və Diyarbəkir bölgələrini alaraq Hələbə doğru irəliləyərək, Hələbi də öz torpaqlarına qatdı. Bununla da Səlahəddin Qüdsü fəth etmək üçün son addımını atmış oldu. O dövləti qurmuş, Orta Şərq və Misirdəki bütün müsəlman torpaqlarını öz bayrağı altında toplamış və hərbi güc balansını öz lehinə çevirmişdi. Nəhayət artıq Əyyubilər Qüdsə doğru yürüməyə hazır idilər.

Salahəddin Əyyubi, Qüdsü mühasirəyə almaq yerinə, hərbi dahiliklə düşməni başqa bir bölgəyə çəkməyi və meydan müharibəsi ilə məhv etməyi planlaşdırırdı. Qüdsdəki xaçlı ordusunu çıxarmaq üçün əvvəlcə Qüds yaxınlığındakı Taberiya adlı şəhəri mühasirəyə aldı. Xaçlı ordusu bu sadə tələyə düşdü və qısa müddətdə Taberiya qalasına yardım göndərmək üçün yola çıxdılar. İrəliləyən xaçlılar Taberiya yaxınlığındakı Hittinə qədər gəldilər. Amma Əyyubilər yol boyunca su quyularını məhv etdiklərindən, yay ayında davam edən yürüşdən susuz qalan xaçlılar böyük əziyyət çəkirdilər. Salahəddin xaçlılarla Taberiya gölü arasında qərargahını qurmuş və onların suya çatmalarını əngəlləmişdi.

Xaçlı ordusu 4 iyul 1187-ci ildə tükənmiş və susuzluqdan bitkin düşmüş vəziyyətdə hücuma keçdi. Gün boyu davam edən döyüşdə Səlahəddinin ordusu böyük bir zəfər qazandı. Otuz min nəfərlik xaçlı ordusunun yarıdan çoxu öldü, sağ qalanlar isə əsir alındı. Bu döyüşdən sonra Qüdsün fəthinə gedən yolu tamamilə açdı. Akka, Batrun, Beyrut, Sidon, Nazarət, Gəmər, Sayda, Nablus, Yafa, Aşkelon kimi qala və şəhərlər 3 ay içində müsəlmanların əlində keçdi.

Nəhayət, 20 sentyabr 1187-ci ildə Salahəddin Əyyubi Qüdsün önündə qərargahını qurdu və qala komandiri Balyan'dan göstərilən mühasirəni qıra bilməyən xaçlılar, bir müddət sonra artıq şəhəri müdafiə etməyəcəklərini anlayaraq, 2 oktyabr 1187-ci ildə şəhərin qapılarını açaraq Qüdsü müsəlmanlara təslim etdilər. Xaçlı cəngavərləri zərər görmədən şəhərdən ayrıldı. O, fəthdən sonra məhbusları sağ buraxaraq onlara Qüdsün müqəddəs yerlərini ziyarət etməyə icazə verdi. Səlahəddin, xristianlardan yalnız bir şey tələb edirdi - müsəlmanlara qarşı qılınc qaldırmamaq...

Səlahəddin öz məqsədinə yəni Ərəb xilafətinin bərpasına doğru irəliləyirdi. Bunun üçün 1192-ci ilin sonunda Bağdada qarşı yürüş üçün hazırlıqlara başladı. Amma 1193-cü il fevralın sonunda qəfil xəstələnir. Martın 4-də Səlahəddin Suriyanın paytaxtında dünyasını dəyişir. Sultanın arzuları yarımçıq qalır və onun birləşdirdiyi dövlət onun ölümündən sonra oğulları tərəfindən bir neçə əraziyə parçalanır.

Ümumilikdə, tarixi məlumatlara görə, Səlahəddinin cariyələrini nəzərə almasaq, 4 və ya 5 arvadı olub. Onun 17 oğlu və bir qızı qanuni sayılırdı.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər