24 Dekabr 08:51
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya və İraq alimləri insanların niyə ilin sürətli keçdiyini düşündüklərini araşdırıblar.

Teleqraf.com xəbər verib ki, araşdırma "PLOS ONE" jurnalında dərc olunub.

Araşdırma nəticəsində məlum olub ki, bu hiss hamının düşündüyü kimi yaşla deyil, psixoloji amillərlə bağlıdır.

Hər iki ölkədən olan tədqiqat iştirakçıları, mədəni fərqlərə baxmayaraq, bayramdan əvvəl vaxtın sürətləndiyini təsdiqləyiblər.

Tədqiqat nəticəsində alimlər müəyyən ediblər ki, bayramlardan xüsusi zövq alan insanlar vaxtın su kimi axıb getməsindən məyus olurlar. Bundan əlavə, insan gündəlik həyatda nə qədər vaxta diqqət yetirirsə, onlar tez-tez "vaxt uçur" sözündən istifadə edirlər.

Maraqlıdır ki, yaş demək olar bu hissə heç bir təsir göstərmir.


Müəllif: Arzu

Oxşar xəbərlər