2024-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarında iştirak edənlər getdikcə keyfiyyətini itirən yüzdən çox medalı geri qaytarıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə yerli "La Lettre" nəşri məlumat yayıb.
“100-dən çox qüsurlu medal idmançılar tərəfindən Olimpiya və Paralimpiya Oyunlarının Təşkilat Komitəsinə qaytarılıb. Bəzi idmançılar sosial şəbəkələrdə son aylarda medalların, əsasən də bürüncün sürətlə keyfiyyətini itirməsindən şikayətləniblər”, - məlumatda bildirilib.