19 Yanvar 22:36
248
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Silahlı Qüvvələrinin əsgəri Valeri Fedoroviç Böyük Britaniyadakı NATO -nun təlim düşərgəsindən Rusiyaya qaçıb.

Teleqraf.com xəbər verir ki, əsgər bu barədə "RİA Novosti"-yə müsahibə verib.

Onun sözlərinə görə, gecə saatlarında düşərgədən qaçıb və smartfonun GPS xəritəsindən istifadə edərək 20 km aralıda olan Mançesterə doğru addımlayıb. Yol boyu əsgərə onu axtardıqlarına dair SMS-lər gəlməyə başlayıb.

Şəhərdə qatara minib Londona getdim. Hərbçi əvvəlcə Türkiyənin Antalyaya, oradan isə Moskvaya uçub. Valeri bildirib ki, Moskvada hava limanında sorğu-sualdan sonra Xerson vilayətinin Rusiyanın nəzarətində olan hissəsində ailəsinə qovuşub.

Valeri bildirib ki, Britaniyada bir aylıq təlim keçdikdən sonra canlı insanı güllələmək istəmədiyi üçün qaçmaq qərarına gəlib.


Müəllif: Arzu

Oxşar xəbərlər