Qazaxıstanda oxuduğu mahnı ilə rusları təhqir edən atirik bloger Temirlan Ensebekə qarşı ibtidai istintaq başladılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Almata şəhər polisi məlumat yayıb.
Məlumata görə, Temirlan etnik qrupun nümayəndələrinin açıq-aşkar təhqir etməkdə ittiham edilir. Ona qarşı Qazaxıstan Cİnayət Məcəlləsinin 174-cü maddəsi ilə cinayət işi açılıb.
Polisin yaydığı məlumatda o da qeyd edilib ki, mahnının müəllifi də axtarışa verilib.
Bundan başqa, bir neçə vətəndaş bloggerə dəstək məqsədilə icazəsiz təkbaşına piketlərə çıxıb və onlar inzibati məsuliyyətə cəlb ediliblər.