Yeni Zelandiya Taranaki dağına insanlara şamil edilən bütün hüquqlar verilib.
Teleqraf.com xəbər verir ki, bu barədə yerli "Metro" nəşri məlumat yayıb.
Məlumata görə, Yeni Zelandiyada Taranaki Maunqa kimi tanınan dağ ölkədə qanuni insan hüquqlarının verildiyi üçüncü təbii əraziyə çevrilib. Bu qərarı dağı öz əcdadı hesab edən yerli xalqlar dəstəkləyib.