18 Aprel 2015 12:00
1 305
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənilər 1905-1918-ci illərdə türkləri qırıblar. Üstəlik hər kəs bilir ki, 1915-ci ildə ilk hücum edən erməni tərəfi olub. Avropa bunu görməzdən gəlir. Hesab edirəm ki, onlara adekvat cavab olaraq Avropa Parlamentinə, Avropa Birliyinə ”sağ ol" deyilməlidir. “Təşəkkür edirik, nə qədər istəyirsiniz danışın, qərarlar qəbul edin, bu siz, bu sizin birliyiniz, bu da sizin parlamentiniz. Özünüz nə qədər istəyirsiniz qərarlar qəbul edin, biz bu birlikdə yoxuq”. Bir vaxt Türkiyə hökuməti illərlə Avropa Birliyinin qapısında durub, bu quruma üzv olmaq istəyirdi. Onlar da bunun qarşısını almaq üçün müxtəlif bəhanələr irəli sürürdülər".

Bunu Teleqraf.com-a müsahibəsində KXCP sədri Mirmahmud Mirəlioğlu bildirib. Müsahibəni təqdim edirik:

- Mirmahmud bəy, saxta “erməni soyqırımı” ilə bağlı fəallıq müşahidə edilir. Siz həm də tarixçisiniz, bu məsələyə münasibətiniz necədir?
- “Erməni soyqırımı”nın qondarma olduğu şübhəsizdir. Azərbaycan və Türkiyənin məsələyə bu cür yanaşması doğrudur. Papanın bəyanatı onun xislətindən, mahiyyətindən, türkə qarşı münasibətindən qaynaqlanır. Əgər Roma Papası BMT-nin baş katibi olsaydı, yenə də indiki, yəni ədalətsiz, haqsız, dinsiz, yalan və antibəşəri mövqedən çıxış edəcəkdi. Bu, reallıqdır. Onlar hansı vəzifədə, hansı missiyanı yerinə yetirmələrindən asılı olmayaraq daima belə mövqedə qalacaqlar. Deməli, Papanın mövqeyindən faciə düzəltmək lazım deyil. Əslində, tarixdəki xaç yürüşləri kimi bu gün soyuq səlib yürüşü aparılır. Erməni xisləti də bəllidir. Bu kimi durumlarda onlardan maşa kimi istifadə edilir. Konkret olaraq bizim 24 aprel tarixinə münasibətimiz bəllidir. 24 aprelə 18 il əvvəl Əbülfəz Elçibəy nöqtə qoyub. Bütöv Azərbaycan Birliyinin Mərkəzi Şurası tərəfindən 24 aprel Bütöv Azərbaycan gənclər günü elan edilib. Bu gün həm də yüksək səviyyədə qeyd olunub. Həmin günün lent yazıları, çıxışları var. Biz də KXCP olaraq bu günü Bütöv Azərbaycan gənclər günü kimi qeyd edirik. Buna qədər də AXCP olaraq bunu qeyd etmişik. Həmin tarixdə biz Şəhidlər Xiyabanında uyuyan türk şəhidlərini ziyarət edirik. Konkret 24 aprel gününə münasibətimiz bundan ibarətdir.

- Avropa Parlamentinin saxta “genosid”lə bağlı qəbul etdiyi qətnaməni, bu qətnamədə Türkiyəyə qarşı irəli sürülən tələbləri necə qiymətləndirmək olar? Ankaradan tələb edilir ki, “genosid”i qəbul etsin, ermənilərdən üzr istəsin və Ermənistanla sərhədləri açsın.
- Ermənistanla sərhəd bağlı deyil. Türkiyə prezidenti də bəyan etdi ki, hazırda filan sayda erməni vətəndaşımız var, üstəlik filan sayda da erməni gələrək Türkiyədə işləyir. Onlar deportasiya olunmalıdır, ancaq olunmur. Bizdə dəqiq məlumat var ki, İrəvanda türk, kürd parkları var. Doğrudur, Ermənistanla sərhəddə yerləşən Əlican kəndində şlaqbaum götürülməyib. Amma Ermənistan-Türkiyə iqtisadi əlaqələri var, sadəcə, bu, Avropanın istədiyi səviyyədə deyil. Türkiyə hökumətinin bu tələbləri yerinə yetirəcəyini düşünmək əsla mümkün deyil. Çünki ortada tarix, faktlar var. Ermənilər 1905-1918-ci illərdə türkləri qırıblar. Üstəlik hər kəs bilir ki, 1915-ci ildə ilk hücum edən erməni tərəfi olub. Avropa bunu görməzdən gəlir. Hesab edirəm ki, onlara adekvat cavab olaraq Avropa Parlamentinə, Avropa Birliyinə “sağ ol” deyilməlidir. “Təşəkkür edirik, nə qədər istəyirsiniz danışın, qərarlar qəbul edin, bu siz, bu sizin birliyiniz, bu da sizin parlamentiniz. Özünüz nə qədər istəyirsiniz qərarlar qəbul edin, biz bu birlikdə yoxuq”. Bir vaxt Türkiyə hökuməti illərlə Avropa Birliyinin qapısında durub, bu quruma üzv olmaq istəyirdi. Onlar da bunun qarşısını almaq üçün müxtəlif bəhanələr irəli sürürdülər. Əslində, Avropa Parlamentinin bu lazımsız qərarı Türkiyə hakimiyyətinin uzun illər Avropa Birliyinin qapısında durmasının nəticəsidir.

- 24 apreldə ABŞ prezidenti “erməni soyqırımı” ifadəsini işlədə bilərmi?
- Hesab etmirəm. Prezident Barak Obama indiyə qədər məsələyə necə qiymət veribsə, bundan sonra da o cür qiymət verəcək.

- Saxta “soyqırım”la bağlı Papanın, Avropa Parlamentinin qərarları hansısa geosiyasi oyunların hazırlanmasına mesajdır, yoxsa burada söhbət xristian həmrəyliyindən gedir?
- Bu, həm xristian təəssübkeşliyi, həm dediyiniz məsələ, həm də həmişəki ardıcıl və planlı siyasətdir. Sadəcə olaraq, indi bu daha böyük ölçüdə həyata keçirilir. Bəs necə olmalıdır?

- Nəyi nəzərdə tutursunuz?
- Onlar I Dünya Savaşında Çanaqqalaya gəlmişdilər. Soruşmaq lazımdır ki, avstriyalının, fransızın, ingilisin Çanaqqalada nə işi olub? Dünyanın böyük siyasətçisi hesab olunan Çörçilin Çanaqqalada nə azarı var idi? Çörçil müdafiə naziri idi, başqa vəzifəni idarə edirdi, amma həm də hesabat verirdi ki, Çanaqqala bizimdir. Parlamentdə qələbə müjdəsi verəndə ona dedilər ki, vəziyyət artıq dəyişib. Çörçil də elan etdi ki, məğlubiyyətə uğradıq. İndi adamdan soruşarlar ki, sənin Çanaqqalada nə işin var idi? Odur ki, hazırda bu saxta “soyqırımı” məsələsi Avropaya sərf edir. Başqa sözlə, Avropa bu saxta “genosid”dən istifadə edir. Əks təqdirdə Avropadan soruşacaqlar ki, bu Çanaqqala savaşında ölənlər, öldürənlər, buranı işğal edənlər və vətənini müdafiə edənlər kimlər olub. Bu məsələlər ortaya çıxacaq. Yəni Çanaqqala zəfərinin yüz illiyini qeyd edən Türkiyənin qalibiyyətinə kölgə salmaq üçün Avropa “genosid” bəhanəsindən istifadə edir. Hesab edirəm ki, əslində, 1915-ci ildə səhv ondan ibarət olub ki, türklər öz imkanları daxilində ermənilərə adekvat cavab verə bilməyib.

- Nə mənada?
- Ermənilər türkləri necə qırmışdısa, türklər də erməniləri bu şəkildə qırıb qurtarmalı idi. Bu məsələ də birdəfəlik bitməli idi. Ancaq bitirə bilməyiblər. Heç buna başlamayıblar da.

- Azərbaycan və Türkiyə indi bu vəziyyətdə necə davranmalıdır?
- Azərbaycan və Türkiyə bu məsələdə birgə davranmalı, bütün hərəkətləri birlikdə etməlidir. Sinxron fəaliyyət, eyni mövqedə çıxış olmalıdır. Bu, ümummilli mənafe, həm də ədalət naminə olmalıdır.

- Sizcə, bu məsələdə müsəlman ölkələri Türkiyəyə dəstək verə bilərmi?
- Dəstək verən də, verməyən də var. Nəzərə alın ki, daimi dostluq yox, daimi maraqlar var. Din də bu məsələdə çoxlarının əlində bir vasitədir. Bu gün İslam dünyasında nə qədər başqa dinlərin təsiri altında olan rəhbərlər var. Eləcə də, nə qədər təriqət sahibləri var ki, Avropanın yürütdüyü siyasətə xidmət edir. Odur ki, müsəlman dövlətləri bu məsələdə vahid mövqedən çıxış edə bilməzlər. İstəsələr də, sahibləri qoymaz. Türk cümhuriyyətlərinin isə bunu edə bilməməsinin səbəbləri var. Vaxtilə rusların ən böyük adamları deyirdi ki, fransız dili Avropada hansı funksiyaya malikdirsə, Qafqazda işlənən türkcə bütün türk dünyasında ortaq dil ola bilər. Qafqazda işlənən türkcə isə indiki Azərbaycanda işlənən türkcə hesab olunur. Amma bizi bölmək üçün özbək, qazax, türkmən, qırğız, osmanlı türkcəsi məsələsini ortaya atdılar. Nəticədə eyni dildə danışanlar eyni mövqedən çıxış edə bilmədilər.

- Aprelin 19-da KXCP Ali Məclisinin sessiyası keçiriləcək. Hansı məsələləri müzakirə edəcəksiniz?
- İctimai-siyasi vəziyyəti müzakirə edəcəyik. Konfranslara start vermişik, qurultayımızın təxmini vaxtını müəyyən edəcəyik. Eləcə də, təşkilatdaxili məsələdə bütün diqqət qurultaya köklənəcək. Bundan əlavə olaraq seçkilərlə bağlı məsələ, namizədlərimizin müəyyən edilməsi haqqında işlərimiz var.

- Qurultayın vaxtı bəllidir?
- Bizim layihəmiz var, lakin bu Ali Məclisdə təsdiq edilməlidir. Böyük ehtimalla biz qurultayı yayda keçirəcəyik.

- Seçkidən əvvəl?
- Bəli.

- Diqqət seçkilərdən yayınmayacaq?
- “Siyasi partiyalar haqqında” Qanuna xeyli dəyişikliklər edilib. Biz də bu dəyişikliklərə uyğun olaraq işlərimizi görürük. Yəni bu qanuna uyğun addım atmalıyıq ki, seçkilərdə iştirak məsələsinə mane yaranmasın. Partiyaların neçə ildən bir qurultayının keçirilməsi qanunda öz əksini tapır. Odur ki, qanun tələb edir ki, vaxtı çatan partiyalar seçkidən əvvəl qurultayını keçirsin. Digər dəyişikliklər də var.

- Seçkidə iştirakla bağlı qərar Ali Məclisdən veriləcək, yoxsa qurultayda?
- Bizim özümüz üçün qərar verilib. KXCP-nin bütün seçkilərdə iştirakla bağlı qərarı var, amma hər dəfə bunu təzələmək lazım gəlir. Qərarla yanaşı addımlarımız da var. Biz dostlarımızla birlikdə “Azadlıq-2015" Seçki Blokunu təsis etmişik.

- Qurultayda özünüzə alternativ görürsünüzmü?
- Alternativ hər zaman var və hər zaman da olmalıdır. Alternativi olmayan bir qurum artıq çətin vəziyyətdədir.

Nemət


Müəllif:

Oxşar xəbərlər