5 May 2015 18:45
1 100
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

Onun sözlərinə görə, elə bir respublika yoxdur ki, qondarma “DQR”-i tanımış olsun: “Hələ elə bir ölkə yoxdur ki, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almış olsun. ABŞ bildirib ki, seçkilər qeyri-qanunidir və onlar tərəfindən tanınmayacaq. Burada bir az narahatedici məqam ondan ibarətdir ki, Almaniya və Rusiyadan “seçki”ləri müşahidə etmək üçün müşahidəçilər qrupu gəlmişdi. Belə bir addımın atılması qeyri-qanunidir. Bu qondarma “seçki”lərin nəyini müşahidə edəcəklər? Amma bütövlükdə bu “seçki”lər tanınmayacaq. Çünki dünyada rəsmən belə bir dövlət yoxdur”.

Q.Hüseynli deyib ki, qondarma seçkiləri müşahidə etmək üçün gedənlər dövlət xətti ilə deyil, təmsil olunduqları partiya xətti ilə gəliblər: “Misal üçün, Almaniyadan gələn müşahidəçilər qrupu hakim, yəni Almaniya kansleri Merkelin partiyasından deyil, “Azad Alman” partiyasının nümayəndələridir. Belə olan halda Azərbaycan tərəfi öz etirazını verə də bilər, verməyə də bilər. Çünki Almaniya tərəfi bildirəcək ki, bu, partiyadaxili bir işdir və bizim xəbərimiz olmadan öz qərarları çərçivəsində gediblər, məsuliyyəti həmin partiya daşıyır. Eyni zamanda bu qondarma seçkidə ayrı-ayrı deputatlar da iştirak edib. Amma onlar bəyanat veriblər ki, nə dövləti, nə də partiyanı təmsil edirlər və öz tərəflərindən bu addımı atırlar. Göründüyü kimi, müşahidəçi qismində “seçkiyə” qatılanlar müxtəlif manevrlərdən istifadə edirlər. Azərbaycanın deputatları həmin partiyanın üzvlərini “qara siyahı”ya salaraq, ölkəyə gəlişini qadağan edə bilər. Eyni zamanda o partiyaların mənsub olduğu ölkələrə iradını bildirməlidir. Biz hər halda hüquqi prosedurların mümkün variantlarını tətbiq etməliyik”.

BƏXTİYAR


Müəllif: