Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı radikal müxalifətin fəaliyyəti ilə bağlı Publika.az-a müsahibə verib.
- Niyaməddin bəy, adətən, bu və ya digər seçkilərdən sonra radikal müxalifət kütləvi aksiyalar keçirər, siyasi sabitliyə, seçkilərin nəticələrinə kölgə salmağa çalışardı. Ancaq parlament seçkilərindən sonra bu müşahidə edilmədi. Sizcə, səbəb nə idi?
- Bunun bibaşa səbəbi radikal müxalifətin son 20 ildə ardıcıl məğlubiyyətidir. Demək olar ki, radikal müxalifətin mövcudluğu ancaq bir neçə mətbuat orqanında və sosial şəbəkələrdə mövcuddur. Onun cəmiyyət tərəfindən böyük dəstəyi yoxdur. Parlament seçkilərində radikal müxalifətin Əli Kərimli qanadı seçkiyə namizəd qıtlığı səbəbindən qatılmadı. Digər tərəf isə, seçkiyə qatılsa da, istər təblığat-təşviqat zamanı, istərsə də, seçki günü dəstək qazana bilmədi. Əli Kərimlinin yanında nəinki 125 nəfər, heç 20 nəfər nüfuzlu adam yoxdur ki, onlar peşəkar siyasətçi kimi cəmiyyətdə hörmətlə qəbul edilsin. Neçə nəfər saymaq olar? Göründüyü kimi, özünə hörmət edən insanlar Əli Kərimlinin xəyanəti səbəbindən ondan çoxdan imtina ediblər. Müsavat Partiyası isə sonuncu qurultayından sonra faktiki olaraq iki hissəyə parçalandı. Partiya rəhbərliyində təmsil olunan bir çox adamlar siyasətdən çəkildilər, istefa verdilər. Hətta İsa Qəmbər “Müsavatın namizədləri ilə görüş” adı altında Bakının mərkəzində mitinq də keçirtdi. Mitinqçiləri mühafizə edən polis və jurnalistlərlə birlikdə aksiyada 500 nəfərə yaxın insan iştirak etdi. Bu bir həqiqətdir. Belə bir siyasi qüvvələrin hansı etıraz aksiyasından danışmaq olar? Kim iştirak edəcək bu qüvvələrin mitinqində? Bu səbəbləri də özləri yaxşı bilir.
- Nardaran hadisələrində Milli Şuranın ekstremist qüvvələri dəstək mövqeyindən çıxış etməsi onu deməyə əsas verirmi ki, radikallar dindarların pozuculuq fəaliyyətindən sonra fəallaşmağı qarşıya məqsəd qoyublarmış?
- Bəli, birbaşa Əli Kərimli Nardaran hadisələrinin əsas səbəbkarı olan Taleh Bağırzadə ilə birgə fəaliyyət göstərirdi. Taleh Bağırzadə “Milli Şura”nın üzvü idi. Taleh həbsdən çıxan günü Əli Kərimli ilə Cəmil Həsənli təbrik mesajları yazmışdı. Onun “Milli Şura”da olmasını qəhrəmanlıq “səlnaməsi” kimi cəmiyyətə təqdim edirdilər. Əli Kərimli “Azadlıq” qəzetində Taleh Bağırzadəyə acıq şəkildə dəstək verirdi. Onu peyğəmbər kimi cəmiyyətə təqdim edirdi. Bütün bunlar bir neçə ay ərzində baş vermiş hadisələrdi. Baxın, “Azadlıq” qəzetinin onun haqqında yazdıqlarına. Bir jurnalist araşdırması aparın və özünüz də bunun şahidi olacaqsınız. Əli Kərimli bütün bunları ona görə edirdi ki, özünün cəmiyyətdə nufuzunun olmadığını bilir və “dindarlara” dəstək verməklə, ölkədə sabitiliyin pozulmasına zəmin yaratmaq istəyirdi. Bir neçə adama “dindar” olduğunu inandırmağı bacaran Taleh Bağırzadənin də əsas məqsədi ölkənin xaus durumuna salmaq idi. Ona görə də, Əli Kərimli Taleh Bağırzadəyə dəstək verirdi. Nardanran hadisələrində 7 vətəndaşımızın qətlə yetirilməsində Əli Kərimli və “Milli Şura”nın həm siyasi, həm də mənəvi məsuliyyəti var. Bu adamları ölkə ziyalaları, siyasi partiya rəhbərləri, müstəqil şəxslər də şiddətlə qınamalıdır.
- Dövlət, dövlətçilik əleyhinə çıxan birinin hələ də Milli Şuranın üzvü kimi saxlanılması nə dərəcədə məntiqlidir?
- Hadisələrin bu istiqamətdə çərəyan etdiyini görən Əli Kərimli bu gün bütün cəhdə çalışır ki, mətbuata və cəmiyyətə Taleh Bağırzadənin Mill Şura üzvü olduğunu unutdursun. Sankı elə bir adam yox imiş. Ondan imtina etməyə də cəsarət etmir. Çünki, indiyə qədər hərşeyşünas olan Əli Kərimli yaxşı bilir ki, “dindarlara” kimlərin və hansı ölkənin dəstəyi olub.
- Ümumiyyətlə, radikal müxalifətin yaxın vaxtlarda gələcəyini necə görürsünüz?
- Azərbaycan siyasətində radikal siyasətin bundan sonra da hər hansı bir uğur qazanacağı perspektivi yoxdur. Onlar siyasətdə çoxdan tükənmiş insanlardı. Ölkənin inkişafında və demokratik proseslərin sürətlənməsində müxalifət partiyası kimi konstruktiv siyasi partiyaların əhəmiyyəti olacaq.
Siyasi patiyaların əhəmiyyəti artırılmalıdır. İmkan vermək olmaz ki, məscidləri siyasi meydana çevirsinlər. Və gənclərin sağlam düşünçələrindən öz çirkin məqsədləri üçün istifadə etsinlər.