13 İyun 2014 15:32
1 092
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şamaxının millət vəkili Elxan Süleymanovun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Elxan müəllim, “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri” adlı kitabınızın işıq üzü görməsindən 2 il sonra məruz qaldığımız ziyanla bağlı geniş dünya auditoriyaya məlumat verilməsini necə dəyərləndirirsiniz?
- Əlbəttə ki, müsbət. Birmənalı olaraq bu təqdir edilməlidir. Dünyaya Ermənistanın işğalı nəticəsində Azərbaycana dəyən ziyanla bağlı nə qədər çox məlumat ötürülsə, o qədər faydalı olar. Təvazökarlıqdan uzaq səslənə bilər, amma həmmüəllifi olduğum kitab 2012-ci ilin fevralında Bakıda işıq üzü gördükdən sonra tərcümə edilərək Vaşinqtonda, Sankt-Peterburqda, Parisdə, Kiyevdə ingilis, rus, fransız, Ukrayna dillərində çıxıb. Kitab ərəb dilində də işıq üzü görüb. Hal-hazırda əsərin polyak və italyan dillərində, Polşada və İtaliyada çapına hazırlıq gedir. Və əslində dünya auditoriyasının işğal nəticəsində ölkəmizə dəyən ziyanla bağlı məlumatlandırılması prosesi iki ildən çoxdur ki, davam edir.

- Reaksiyalar necə, varmı?
- Var. Zənnimcə, kitabın ABŞ nəşrinə keçmiş konqresmen Solomon Ortizin yazdığı “Ön söz”dəki aşağıdakı cümlələr “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri”nə münasibəti əsasən ifadə edir: “... Bu kitab özündə erməni təcavüzü, dəymiş zərər və törədilmiş ağlasığmaz vəhşiliklər haqqındakı ətraflı dəlilləri bir yerdə cəmləşdirən əsaslı bir işdir. Burada həmçinin, müharibə vaxtından müasir dövrümüzə qədər erməni təcavüzü nəticəsində vurulmuş zərərdən də bəhs olunur. Bir cilddə beynəlxalq və qanuni fəaliyyət üçün nəzərdə tutulan bu kitab, törədilən vəhşiliklər və dəymiş zərər haqqındakı ətraflı sənədləri ilə insanlığa xidmət edir...” Qeyd edim ki, kitabın məsləhətçiləri sırasında çox tanınmış Avropa xadimləri var. Mən xüsusilə Belçika Konstitusiya Məhkəməsinin hakimi Jan Pol Murmanın adını qeyd etmək istərdim. İstisna etmirəm ki, Belçikada keçirilən mötəbər tədbir haqqında cənab Murman da məlumatlıdır.

- Azərbaycana işğal nəticəsində nə qədər ziyan vurulub?
-Çox böyük rəqəmdir. 2011-ci ilin əvvəllərinə olan məlumatlara əsasən Azərbaycana dəymiş maddi zərərin məbləği 431 milyarddan çoxdur. Təbii ki, ötən hər gün bu rəqəm artır. Özü də böyük sürətlə.

- Ermənistanı nə vaxtsa, bu ziyanı ödəməyə vadar edə biləcəyikmi?
- Biz mübarizəni davam etdirməliyik.

BƏXTİYAR


Müəllif: