23 Aprel 2017 00:23
1 684
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 14-dən başlayan və dünyanın ənənəvi musiqilərini Fələstin torpağında bir araya gətirən “Al Kamancati” festivalı aprelin 22-də Yerusəlimdə başa çatıb.

Festivalda iştirak edən Azərbaycanın muğam triosunun yekun konsertləri müvəffəqiyyətlə keçib. Əməkdar artistlər Elşən Mansurov (tar) və Ələkbər Ələkbərovun (kamança) müşayiəti ilə xanəndə Kamilə Nəbiyeva festival iştirakçılarının qəlbini fəth edib.

Azərbaycan muğam triosunun son konsertləri Fələstinin qədim şəhərlərində -Yerusəlimin tarixi məkanlarında və Jeriko şəhərinin VIII əsrdə tikilmiş Hişam sarayında təşkil olunub.

Konsertdən əvvəl Yerusəlimin meri iştirakçıları salamlayıb və onlara müvəffəqiyyətlər arzulayıb. Festivalın direktoru Ramzi Aburedvan Azərbaycana gəlmək, Bakıda milli ərəb qrupu ilə konsert vermək arzusunu bildirib və muğam musiqimizə heyranlığını vurğulayıb.

Sonuncu konsertdə mərakeşli müğənni Zainab Afailal xanəndə Kamilə Nəbiyeva ilə birlikdə sözləri Məmməd Səid Ordubadi və musiqisi Əfrasiyab Bədəlbəylinin olan "Dumanlı Təbriz" pyesindən Qönçələb xanımın mahnısını ifa ediblər.

Keçən il Fes festivalında bu mahnını eşidən mərakeşli müğənni ona valeh olub və öyrənib.


Müəllif:

Oxşar xəbərlər