2 İyun 2017 08:05
1 216
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yandex” axtarış sisteminin proqramçıları məşhur bəstəkarlar üslubunda musiqi əsərləri yazan unikal neyroşəbəkə icad ediblər.

Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, yeni neyroşəbəkə musiqi əsərlərini analiz edərək tanış kompozisiyalara bənzəməyən kompozisiyalar yazır.

Məlumata görə, yeni süni intellekt sistemi hər biri görkəmli bəstəkarların musiqisindən ibarət sadə elementləri təhlil edən bir-biri ilə əlaqəli neyron qatlarından ibarətdir. Süni intellekt musiqi yazan zaman əvvəlcədən dinlənilən materialdan istifadə edərək kompozisiya yaradır.

Süni intellektin təlimi zamanı mütəxəssislər proqrama Bethoven, Motsart və digər bəstəkarların 600 saat musiqi əsərini təhlil etməyə imkan verdikdən sonra neyroşəbəkə müstəqil şəkildə musiqi yazmaq qabiliyyətinə yiyələnib.


Müəllif: Teleqraf.com